Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında çıxış edəcək

Mayın 28-də Albaniyanın paytaxtı Tiranada start götürəcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək ağırlıqqaldıran müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından Newsport.az-a verilən məlumata görə, yarışda Dadaş Dadaşbəyli qüvvəsini sınayacaq. O, 102 kq çəki dərəcəsində medal qazanmağa çalışacaq.

İyunun 5-dək davam edəcək qitə çempionatında 39 ölkədən ümumilikdə 326 atlet (161 qadın + 165 kişi) mübarizə aparacaq.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah