Zeynəb Məmmədyarova: "Şahmatda futbola görə böyük uğurlar qazanmışıq"

"Futboldakı aktivliyimizə görə şahmatda böyük uğurlar qazanmışıq".

Newsport.az-in məlumatına görə, bunu məşhur şahmatçı Zeynəb Məmmədyarova İdman Araşdırmalar Mərkəzinin və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kuboku barədə danışarkən deyib.

D qrupunda "Zəngilan" və "Xankəndi" komandaları arasındakı matçı izləyən 39 yaşlı qrossmeyster turnirdə məğlub komandanın olmadığını bildirib: "Mən və ailəm futbolu çox sevirik. Biz şahmatçı ailəsiyik. Bu idman növündə böyük uğurlarımız olub. Bunlara futboldakı aktivliyimizə görə nail olmuşuq. Fiziki hazırlığımız həmişə yüksək səviyyədə olub. Fiziki hazırlığımızı futbolla bərpa edirik".

Məmmədyarova vaxtaşırı 1-2 saat futbol oynadıqlarını da söyləyib: "Atam qapıçı idi, Şəhriyar tək idi, mən və Türkan bir komandada idik. Hətta 15-16 yaşımızadək həddindən çox futbol oynayırdıq. 17 yaşımızda isə şahmat üzrə dünya çempionu olmuşduq. Futbolda həddindən çox azarkeşlik də edirdik, indi də davam edirik. Bütün komandalara uğurlar arzulayıram. İnanıram ki, yaxın zamanlarda Qarabağımızda futbol yarışları olacaq. Deyəsən, şahmat yarışı da olacaq. Hər birinizə təşəkkür edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right