Azərbaycanlı voleybolçu Macarıstan çempionatının ən yaxşısı seçildi

“Vaşaş” klubunun heyətində Macarıstan çempionu olan Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova daha bir uğura imza atıb.

Newsport.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, 29 yaşlı idmançı çempionatın ən dəyərli oyunçusu (MVP) mükafatına layiq görülüb.

Ayşən Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah