Dünya çempionu 4 aydan sonra komadan ayılıb

Dekabrın əvvəllərində dəhşətli qəzaya düşən niderlandlı velosipedçi Emi Piters komadan ayılıb.

Newsport.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançının çıxış etdiyi "SD Worx" komandası açıqlama yayıb.

Pitersin şüurunun yerində olduğu və tibb işçiləri ilə ünsiyyət qurduğu bildirilib. Həkimlər velosipedçinin travmatik beyin zədəsinin və komanın hansı nəticələrə səbəb olacağını hələlik açıqlamayıblar.

Qeyd edək ki, Emi Piters 2019 - 2021-ci illərdəki dünya çempionatında Kirsten Vild ilə birlikdə komanda yarışında qızıl medal qazanıb. O, məşq zamanı keçirdiyi qəzadan sonra başından ağır xəsarətlər almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right