Durarbəylidən növbəti heç-heçə

Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” davam edir.

Newsport.az xəbər verir ki, yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli 6-cı turda kubalı İsan Reynaldo Ortız Suarez ilə heç-heçə edib.

Ötən 6 turun nəticəsinə görə, şahmatçımız 3,5 xalla 4-cü yeri tutur.

Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right