Azərbaycan boksçusu Sofiyada bürünc medal qazandı

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində yarımfinal döyüşləri davam edir.

Newsport.az-ın məlumatına görə, yığmamızın heyətində finala vəsiqə üçün Kənan Babayevin (48 kq) ardınca Amin Məmmədzadə (51 kq) də rinqə çıxıb.

1/8 finalda irlandiyalı, 1/4 finalda ermənistanlı rəqibinə qalib gələn Azərbaycan çempionu üçüncü qarşılaşmasında Gürcüstan idmançısı ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Nəticədə Məmmədzadə Avropa birinciliyini bürünc medalla başa vurub.

Qeyd edək ki, yarışda final görüşləri aprelin 21-də baş tutacaq. Kənan Babayev çempionluq döyüşündə polşalı Nikolas Marsel Pavliklə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right