II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir Foto

II Autizm Festivalı çərçivəsində idman yarışları davam edir.

Newpsort.az xəbər verir ki, Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq II Autizm Festivalı çərçivəsində daha bir yarış keçirib. Bu dəfə autizmli uşaqlar Veloparkda velosiped idmanı üzrə bacarıqlarını nümayiş etdiriblər. 3 yaş qrupu üzrə təşkil olunan sınağa 50-ə yaxın iştirakçı qatılıb. Mübarizənin sonunda:

6-9 yaş qrupunda 

 Əsgərov Məhəmməd 1-ci yer

 Şirinov Amin 2-ci yer

Əlizadə Amin isə 3-cü yer.

9-13 yaş qrupunda

Məmmədli Polad 1 yer

Şirinov Murad 2 yer

Şirinov Elmir 3 yer

13 yaş üzəri

Bayramov Rza 1 yer

Rəhimov Hüseynəli 2 yer

Bədəlov Nihat 3 yer

Xatırladaq ki, bundan əvvəl autizmli uşaqlar bocce və stolüstü tennis idmanı üzrə mübarizə aparıblar. Növbəti günlərdə isə atletika və futbol yarışları keçiriləcək.

Nəhayət, aprelin 28-i Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi ilə II Autizm Festivalı təşkil olunacaq. Festival çərçivəsində keçirilın tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.

Autizmin fərqindəyik, onların yanındayıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right