Millimizin sabiq üzvündən çağırış

Azərbaycan millisinin ukraynalı sabiq voleybolçusu Polina Rəhimova "Feysbuk" hesabında etdiyi paylaşımla diqqət çəkib.

Newsport.az xəbər verir ki, o, azarkeşləri "Fənərbaxça" və  "Şaxtyor" (Donetsk)  arasında bu gün İstanbulda keçiriləcək  xeyriyyə matçı üçün bilet almağa çağırıb: "Bu gün "Fənərbaxça" stadionunda Donetsk "Şaxtyor"u ilə oyun olacaq. Oyundan əldə olunacaq bütün gəlirlər ukraynalı uşaqlarına yardım məqsədilə xərclənəcək. Mən  orada olacağam. Görüşmək istəyirsinizsə, stadiona gəlin və Ukraynaya birlikdə dəstək olaq"!

Qeyd edək ki, sözügedən matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right