Stolüstü tennis üzrə Azərbaycan çempionatı keçiriləcək

Aprelin 13-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start veriləcək. Newsport.az xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunacaq ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.
 
4 gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.
 
Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər həmçinin, milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəni təmsil etmək imkanı qazanacaqlar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right