Rəşad Əbdürəhmanov: "İstedadlı üzgüçülər axtarılmalı və yığmaya cəlb edilməlidir"

"İstedadlı idmançılar axtarılmalı və yığmaya cəlb edilməlidir".

Newsport.az-in məlumatına görə, bunu üzgüçülük üzrə Azərbaycan millisinin baş məşqçisi Rəşad Əbdürəhmanov jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis azyaşlı uşaqlar və məktəblilər arasında seleksiya işləri ilə məşğul olduqlarını bildirib: "Dünən Su İdmanı Sarayında iki yarış keçirmişik. Bu turnirlərdə 400-ə yaxın şəxs iştirak edib. Birinci turnir Su İdmanı Sarayının qapalı yarışı idi ki, buna 205 nəfər qatılmışdı. Onlar 50 metr məsafəyə sərbəst üsulla üzdülər. Məşqçilər heyəti gələcəkdə daha yaxşı nəticə göstərə biləcək idmançıları seçdilər. Onlarla böyük səpgidə işlər aparılacaq".

Əbdürəhmanov ikinci yarışa Bakı və Sumqayıtdakı klubların təmsilçilərini dəvət etdiklərni söyləyib: "2008-ci il təvəllüdlü və daha kiçik yaş qrupları arasında yarışlar baş tutdu. 400 metr məsafəyə qarışıq üsulla üzmədən başqa, digər bütün olimpiya məsafələrində yarışlar baş tutdu. İdmançılar diplom və medallarla təltif olundu. 2008-ci il təvəllüdlü Orxan Əliyev normativi yerinə yetirərək yığmanın tərkibinə daxil oldu".

Su İdmanı Sarayının üzgüçülük şöbəsinin müdiri vəzifəsini də icra edən R. Əbdürəhmanov buranın ilk olaraq kütləviliyin inkişafına yönəlmiş idman obyekti olduğunu diqqətə çatdırıb: "Onunla paralel, burada üzgüçülük üzrə milli komanda da məşğul olur. Nəinki üzgüçülük, su idman növləri üzrə bütün yığma komandaların dayaq bazası Bakı Su İdmanı Sarayıdır. Bazadan düzgün istifadə etmək bizim borcumuzdur".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right