Fərid Qayıbov ştanq qaldırdı, mükafat verdi

Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.

Newsport.az-ın məlumatına görəAzərbaycan Ağır Atletika Federasiyasından Komanda.az-a verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov da yarışın qonağı olub. O, əvvəlcə “özgücünlətəkanver” stendi ilə tanış olub, simvolik ştanqı qaldırıb.

Bununla yanaşı, 73 kq çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimində çıxış edən nazir yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.

Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right