PSJ-dən darmadağın

Futbol üzrə Fransa çempionatında 31-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Loryan” doğma meydanda “Sent-Etyen”lə qarşılaşıb. 8 qolun qeydə alındığı bu matçda meydan sahibləri darmadağına seviniblər.

Lider PSJ bu turda “Klermon”un qonağı olub. Yeddi qolun qeydə alındığı matçda Paris təmsilçisi darmadağına sevinib. “Reyms” isə evdə “Renn”ə uduzub.

İkinci pillədə qərarlaşan “Marsel” doğma meydanda “Monpelye”ni sınağa çəkəcək.

Fransa Liqa 1, 31-ci tur

8 aprel

Loryan – Sent-Etyen 6:2
Qol: Moffi, 42; 86. Kone, 45+1; 65. Le Fee, 61. Buasqar, 89 – Bouanqa, 4. Nordin, 22.

9 aprel

Reyms – Renn 2:3
Qol: Busi, 60. Kayuste, 81-pen – Buriqe, 39; 43. Terrye, 58.

Klermon – PSJ 1:6
Qol: Dossou, 42 – Neymar, 6; 71; 83. Mbappe, 19; 74; 80.

10 aprel

15:00 Bordo – Mets
17:00 Anje – Lill
17:00 Brest – Nant
17:00 Monako – Trua
19:05 Lans – Nitsa
21:00 Strasburq – Lyon
23:00 Marsel – Monpelye

Bombardir: Vissam Ben Yedder (Monako) – 18, Kilian Mbappe (PSJ) – 18 qol.

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah