Namiq Abdullayev: "Prezidentin bizi qəbul etməsi böyük stimul oldu"

"23 yaşadək güləşçilərin Avropa çempionatından sonra bizi qəbul etməyiniz idmançılarımız üçün böyük stimul oldu. Bunun da nəticəsi olaraq böyüklərin Avropa çempionatında yüksək nəticə qazana bildik".

Newsport.az-ın məlumatına görə, bu fikirləri sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.

51 yaşlı mütəxəssis Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilən böyüklərin Avropa çempionatında da yaxşı nəticələr qazandıqlarını bildirib:

"Hörmətli Prezident, əvvəlcə bizi növbəti dəfə dəvət etdiyiniz və bizimlə yenidən görüşdüyünüz üçün Sizə həm Azərbaycan Güləş Federasiyası, həm məşqçilər və idmançılar, həm də bütün güləş ailəsi adından dərin təşəkkürümüzü bildirirəm. Güləş üzrə milli komandalar son bir ayda iki Avropa çempionatında ölkəni uğurla təmsil ediblər. Güləşçilər ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə millilər komanda hesabında Avropa çempionu olub. İki yığmanın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur".

Abdullayev qarşıda onları daha mötəbər yarışların gözlədiyini vurğulayıb:

"Bu il İslam Həmrəyliyi Oyunlarında, dünya çempionatında və dünya kubokunda ölkəmizi uğurla təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Möhtərəm Prezident, bizi qəbul edib daim bizə diqqət və qayğı göstərdiyiniz üçün Sizə bütün güləş ailəsi adından bir daha təşəkkürümüzü bildirirəm. Diqqətinizə görə sağ olun".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right