Azərbaycan millisinin baş məşqçisi təltif olunduğu üçün Prezidentə təşəkkür edib

"Hörmətli Prezident, işimi yüksək qiymətləndirdiyinizə və məni “Tərəqqi” medalı ilə təltif etdiyinizə görə Sizə təşəkkürümü bildirmək istərdim. Bu medalda Sizin qəlbinizin bir hissəsi də var".
 
Newsport.az-in məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov Prezident İlham Əliyevin qəbulunda olarkən bildirib.
 
"Siz idman, gənclər üçün nə lazımdırsa edirsiniz ki, biz çalışaq, cəhd göstərək, qalib gələk və ölkəmizi şöhrətləndirək. Sağ olun. Sizə möhkəm cansağlığı arzu edirəm", - deyə rusiyalı mütəxəssis bildirib.
 
Prezident İlham Əliyev baş məşqçini medalı münasibəti ilə təbrik edib: "Siz onu öz işinizlə, bizim hamımızı sevindirən nəticələrlə qazanmısınız. Hamınıza yeni qələbələr, yeni uğurlar arzu edirəm. Sağ olun".
 
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında 2 qızıl, 1 gümüş və 5 bürünc medal əldə etməklə komanda hesabında çempion olub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right