Rusiya ləğv olunmuş dünya çempionatına görə təzminat tələb edir

Ümumrusiya Voleybol Federasiyası (VFV) İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

Newsport.az-in məlumatına görə, VFV ləğv olunmuş dünya çempionatına görə 80 milyon ABŞ dolları məbləğində təzminat tələb edib.

Qurumun baş katibi Aleksandr Yaremenko TASS-a bildirib ki, hüquqşünasların əmək haqlarının ödənilməsindəki problemlərlə əlaqədar hüquqi dəstək almaq elə də asan deyil: "Ödənişləri köçürə bilmirik. Bu məsələlərin həll edirik".

Qeyd edək ki, martın 1-də Beynəlxalq Voleybol Federasiyası Ukraynaya hərbi müdaxilə ilə əlaqədar 2022-ci il dünya çempionatını Rusiyada keçirməkdən imtina qərarı qəbul edib. Mundial 26 avqust - 11 sentyabrda 10 şəhərdə - Moskva, Sankt-Peterburq, Kalininqrad, Yaroslavl, Kazan, Yekaterinburq, Ufa, Novosibirsk, Kemerovo və Krasnoyarskda təşkil olummalı idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right