"Azərbaycan qitənin ən güclüsüdür" - Fərid Qayıbov

Gənclər və idman naziri Fərid Qayıbov bir neçə gün öncə yunan-Roma və sərbəst güləş üzrə milli komandalarımızın Avropa çempionu olmasını şərh edib. 
 
Newsport.az xəbər verir ki, bu barədə o, qurumun rəsmi saytındakı məqaləsində fikirlərini bölüşüb. Qayıbov yazıb: 
 
“Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının qaliblərini qəbul etdi. Bu, təkcə güləşdə deyil, idmanın bütün növlərində nəticəyə köklənmiş fəaliyyətin gücləndirilməsinə təsir edən bir görüş oldu. İdmançılar üçün güclü motivasiya olan bu qəbuldan sonra böyüklərdən ibarət komandamız da yüksək nəticə əldə etdi. Tarixində ilk dəfə olaraq həm sərbəst, həm də yunan-Roma güləşi üzrə komandalarımız eyni çempionatın ən yaxşısı oldular. Sözsüz ki, hər bir uğurun arxasında çətin məşqlər, əziyyət, zəhmət dayanır. Qitənin 37 ölkəsinin təmsil olunduğu çempionatda uğur qazanan hər iki komandamızın ən yaxşı olmasına yalnız sevinməliyik. Çünki qitənin ən güclüsü bizim ölkədir, bizim ölkə birincidir! Bu nailiyyətə görə idmançılarımızı və məşqçilərimizi bir daha təbrik edir və möhtəşəm qələbəyə görə təşəkkür edirəm”.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right