Azərbaycanın 2 cüdoçusu Özbəkistanda qızıl medal medal qazandı

Azərbaycanın iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunun qalibi olub.

Newsport.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Abil Yusubov əvvəlcə yerli cüdoçu Oqabek Macitov, ardınca gürcüstanlı Nikoloz Tatrişvili, qazaxıstanlı Nurlubek Arqunbek və Zhalun Nurtaya qalib gəlməklə finala yüksəlib. Yusubov qızıl medal uğrunda görüşdə gürcüstanlı Mate Qvelesianini məğlub edib.

Azərbaycanın daha bir təmsilçisi Nahid Tarquliyev də oxşar uğura imza atıb. 73 kq çəkidə yer alan Tarquliyev finalda qazaxıstanlı Dosbol Balqabayla üz-üzə gəlib və qızıl medala sahib çıxıb. İdmançımız finaladək baş tutan görüşlərdə Özbəkistan təmsilçiləri Cahongir Rəcəbov və Camşidbek Kəramətova qalib gəlib.

​Xatırladaq ki, turnirdə 6 ölkədən 314 idmançı iştirak edib. Azərbaycanı Asiya kubokunda baş məşqçi Ramiz Ramizzadənin rəhbərlik etdiyi yeniyetmə oğlanlardan ibarət milli komandanın 22 cüdoçusu təmsil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right