Fərid Qayıbov Viktor Sanikidzeni qəbul etdi

Gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan Basketbol Federasiyasının rəhbərliyini qəbul edib. Newsport.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iki ölkə arasında idman əlaqələrinin əhəmiyyətindən danışan nazir Gürcüstan Basketbol Federasiyasının prezidenti Viktor Sanikidzeyə Azərbaycanda son illərdə keçirilən idman siyasəti barədə məlumat verib.
 
Görüş zamanı ölkələr arasında ikitərəfli idman əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib. Eyni zamanda, basktebol üzrə birgə təlim-məşq toplanışlarının təşkilinin mümkünlüyü qeyd olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right