Aleksandr Tarakanov: "Komanda hesabında Avropa çempionluğu böyük uğurdur"

"İlk dəfə komanda hesabında çempion olduq. Bu, böyük uğurdur".

Newsport.az xəbər verir ki, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatından qayıdan Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının baş məşqçisi Aleksandr Tarakanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Rusiyalı mütəxəssis yığmanın belə vəziyyətdə 2 qızıl, 1 gümüş və 5 bürünc olmaqla 8 medal əldə etməsinin sevindirici hal olduğunu bildirib: "Bu, çox böyük dəyərə malikdir. Uşaqlar gərgin mübarizədə özlərini əla tərəfdən nümayiş etdirdilər və yüksək nəticəyə nail oldular".

Tarakovun sözlərinə görə, bu qələbə hamının - güləşçilərin, məşqçilər heyəti, federasiya və Azərbaycan dövlətinindir: "Hər kəs belə bir yüksək nailiyyətə sevinir. 8 medalla yanaşı, ümumi komanda hesabında çempionluq kubokunu gətirdik. Avropa çempionatı vaxtı uzaqda olsaq da, aramızdakı məsafədən belə, xalqımızın bizə azarkeşlik etdiyini duyurduq. Bizə görə həyəcan keçirməyinizi hiss edirdik. Bu cür nüfuzlu yarışda belə bir dəstək bizim üçün gərəkli və dəyərlidir. Bizim yanımızda olan və dəstək verən Azərbaycan Güləş Federasiyasına, ölkə rəhbərliyinə, bütün güləşsevərlərə və jurnalistlərə təşəkkürümü bildirirəm".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah