Azərbaycan cüdoçuları Avropa çempionatına Antalyada hazırlaşır

Azərbaycan millisi beynəlxalq turnirlərə hazırlıq məqsədi ilə bu gündən etibarən Türkiyənin Antalya şəhərində start götürən cüdo üzrə təlim-məşq toplanışına qatılıb.

Newsport.az-ın məlumatına görə, ayın 10-dək davam edəcək təlim-məşq toplanışında, “Böyük Dəbilqə” turnirinə qatılan heyət ilə bərabər Azərbaycan yığma komandasının digər üzvləri də iştirak edirlər.

Ümumilikdə, qadınlardan və gənc qızlardan ibarət milli yığmadan 34, kişilərdən və gənc oğlanlardan ibarət milli yığma komandadan isə 54 idmançı hazırlıqda iştirak edir.

Təlim-məşq toplanışına qatılmaqda əsas məqsəd idmançılarımızın fiziki və taktiki-texniki hazırlıq mərhələlərindən keçib bacarıqlarını təkmilləşdirərək, yaxın gələcəkdə beynəlxalq turnirlərdə yüksək nəticə əldə etməkdir.

Azərbaycanın milli komandası 29 aprel – 1 may tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına qatılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right