Azərbaycan Kikboksinq Federasiyası 22 ildən sonra loqosunu dəyişib

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) loqosu dəyişib.

Qurumun Mətbuat Xidmətindən Newsport.az-a verilən məlumata görə, yeni loqoda əvvəlkindən fərqli olaraq, Azərbaycanın atributları əks olunub.

Loqonun həm sol, həm də sağ tərəfi ölkə bayrağının rəngləri ilə əhatə edilib. Həmçinin loqoda bayraqda 8 guşəli ulduzun olduğunu bildirən bu qədər sayda ulduz və iki kikboksçunun mübarizəsi əks olunub.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən AKF-in əvvəlki loqosu 2000-ci ildən mövcud olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right