Məhəmmədxan Məhəmmədov: "Avropa çempionu olduğum üçün çox şadam"

“Sözsüz ki, çempion olduğum üçün çox şadam".

Newsport.az-in məlumatına görə, bunu Macarıstanın paytaxtı Budapeştdəki Avropa çempionatında qızıl medal qazanan Azərbaycan sərbəst güləşçisi Məhəmmədxan Məhəmmədov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

97 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvan bu nəticədə əməyi olan hər kəsə təşəkkürümü bildirib: "Göstərdiyi diqqət və qayğıya görə federasiya rəhbərliyinə və bizi bu yarışa yüksək səviyyədə hazırlaşdıran yığma komandanın məşqçilərinə minnətdaram”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right