5 güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır

Bu gün Azərbaycanın 5 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizə mübarizəyə başlayacaq.

Newsport.az xəbər verir ki, mübarizəyə 1/4 finaldan start verəcək idmançılarımız Eldəniz Əzizli (55 kq) Denis Mihay (Rumıniya) - Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi ilə, Taleh Məmmədov (63 kq) isə Ahmet Uyar (Türkiyə) - Kriştian Keçkemeti (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Sənan Süleymanov (77 kq) 1/8 finalda İlye Koyokari (Rumıniya) ilə mübarizə aparacaq. İslam Abbasov (87 kq) ilk mərhələdə Matey Mandiçlə (Xorvatiya) qarşılaşacaq. 130 kq çəki dərəcəsindəki Beka Kandelaki isə təsnifat mərhələsində Mixaylo Vişnivetskiylə (Ukrayna) görüşəcək.

Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right