Şəhriyar Məmmədyarov yenə heç-heçə etdi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsində ikinci yarımfinal görüşünü keçirib.

Newsport.az xəbər verir ki, təcrübəli qrossmeyster ağ fiqurlarla ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Tərəflər 51-ci gedişdə heç-heçəyə razılaşıblar.
 
İkinci qarşılaşmada da heç-heçə qeydə alındığından, qalibi müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq.
 
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right