Avropa çempionatı: Azərbaycanın sonuncu qadın güləşçisi mübarizəyə başlayır

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında bu gün Azərbaycanın sonuncu qadın güləşçisi mübarizəyə başlayacaq.

Newsport.az-in məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən Elis Manolova B qrupunda yarışacaq.

26 yaşlı idmançı ilk görüşündə Tetyana Rijko (Ukrayna) ilə, ardından Viktoriya Vesso (Estoniya) ilə üz-üzə gələcək. A və B qruplarında ilk iki yeri tutan güləşçilər yarımfinala yüksələcək.

Bu gün, həmçinin digər qadın güləşçilərdən 50 kq-dakı Türkan Nəsirova və 59 kq-dakı Alyona Kolesnik bürünc medal uğrunda görüşə çıxacaq. Onlar müvafiq olaraq Anna Lukasyak (Polşa) və Elene Hayke Brugger (Almaniya) ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yığma ümumi komanda hesabında birinci yeri tutaraq, Avropa çempionu olub. Yarış aprelin 3-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right