Hacı Əliyev Avropa ikincisi oldu, 2 güləşçimiz gözləyir Yenilənir

Bu gün Azərbaycanın dörd güləşçisi Avropa çempionatının final görüşünə çıxıb.

Newsport.az-in məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən yarışda idmançımız Əliabbas Rzazadə (57 kq.) finalda Vladimir Yeqorovla (Şimali Makedoniya) üz-üzə gəlib. O, 6:8 hesabı ilə məğlub olub və gümüş medal qazanıb.

Üçqat dünya və Avropa çempionu, Olimpiya oyunlarının bürünc və gümüş mükafatçısı, yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq.) isə həlledici görüşdə yerli idmançı İsmayıl Musikayevlə qarşılaşıb. Rəqibinə 1:12 hesabı ilə uduzan Əliyev gümüş medalla kifayətlənib.

Əşrəf Aşırov (79 kq) qızıl medal uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşəcək. Maqomedxan Maqomedov (97 kq) isə finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.  

Daha bir güləşçimiz Zirəddin Bayramov (70 kq) isə bürünc medal uğrunda yarışıb. İlk hissəni Bayramov 6:0 hesabıyla öndə tamamlayıb. Ancaq ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11) nəticələnib.   

Maqomedxan Maqomedov (97 kq) finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gələcək.  

Qeyd edək ki, final görüşləri martın 29-da, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right