Azərbaycan çempionatı: “Bakı”dan ardıcıl iki qələbə

Həndbol üzrə Azərbaycan çempionatında ikinci və üçüncü turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, martın 26-da beş qarşılaşma baş tutub.

Qadınlardan ibarət komandalar iki, kişi həndbolçular isə üç dəfə meydana çıxıblar.

Turun birinci görüşündə “Təhsil” komandası ilə üz-üzə gələn “Bakı” klubu 33:29 hesabı ilə qələbə qazanıb. Digər qarşılaşmalarda “Azəryol” “Qarabağ”ı 32:22, U-18 İdman Akademiyası “Gənclər Birliyi”ni 43:18 hesabı ilə məğlub edib. “Azərsu” və “İdman Akademiyası” arasında keçirilmiş oyunda isə heç-heçə qeydə alınıb – 24:24.

Çempionatın gərgin keçən sonuncu matçında U-16 “Məhsul”a 33:29 hesabı ilə qalib gəlib.

İkinci turun oyunları ərəfəsində bütün komandalara Azərbaycan Həndbol Federasiyası tərəfindən toplar hədiyyə olunub.

Bu gün isə kişi həndbolçuların Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib. Günün ilk qarşılaşmasında “Bakı” komandası U-16 üzərində çətinlik çəkmədən qələbə qazanıb – 38:24. Digər oyunda “U-18 İdman Akademiyası” ilə qarşılaşan “Məhsul” həndbolçuları meydanı 30:15 hesablı məğlubiyyətlə tərk ediblər.
Turun son qarşılaşmasında “Təhsil” klubu “Gənclər Birliyi” kollektvinə böyük hesabla qalib gəlib – 42:19.

Ölkə çempionatının 4-cü turunun bütün görüşlərinin aprelin 2-də keçirilməsi nəzərdə tutulub. Tura “U-18 İdman Akademiyası” – “Bakı”, “Azərsu” – “Qarabağ”, “Gənclər Birliyi” – “Məhsul”, “İdman Akademiyası” – “Azəryol”, U-16 – “Təhsil” matçları ilə yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right