FİDE qran-prisi: “Şah” bu gün vahid lider ola bilər

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE qran-prisinin 3-cü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.

Newsport.az-ın məlumatına görə, 37 yaşlı şahmatçı 5-ci turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə qarşılaşacaq. B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.

Hazırda Dominges və Məmmədyarov hərəyə 2,5 xalla ilk 2 pilləni bölüşür. Kaymerin 2, Dubovun 1 xalı var. Azərbaycanlı şahmatçı qalib gəlsə, qrupda vahid liderliyə yüksələcək.

Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

FİDE qran-prisinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right