Yüksək Liqada növbəti turun proqramı bilindi

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun keçirilmə yeri və vaxtı dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, 13-cü turun oyunları martın 26-da keçiriləcək.

Günün ilk qarşılaşmasında, saat 15:00-da “Neftçi” və “Sərhədçi” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Ekspress” – MOİK oyunu olacaq.

Hər iki oyun “Murov” voleybol klubunun idman zalında baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right