Avropa çempionatına hazırlıq başa çatır

Gələn həftə Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, martın 28-də start götürəcək qitə birinciliyində hər 3 güləş növü üzrə millilərimiz iştirak edəcək.

Sərbəst güləşçilər artıq Bakıdakı hazırlıq prosesini yekunlaşdırıb. Komandamız sabah Macarıstana yollanacaq. Yunan-Roma güləşi üzrə yığmamız isə paytaxtda təlim-məşq toplanışının son mərhələsini keçir.

Qadın güləşçilərimizə gəlincə, artıq baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında AÇ-də çıxış edəcək təmsilçilərimizdən ikisi Budapeştdədir. Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) təcrübəli mütəxəssisin rəhbərliyi altında Macarıstan millisinin üzvləriylə birgə hazırlıq prosesinin son mərhələsini keçir. Martın 14-dən AÇ-ni təşkil edəcək ölkəyə yollanan güləşçilərimiz burada sınaqçı rəqiblərlə taktiki-texniki çalışmaları həyata keçirir və hazırlıq səviyyələrini daha da təkmilləşdirirlər. Budapeştə erkən səfər həm də yerli mühitə uyğunlaşmağa hesablanıb. Bolqarıstanda son hazırlıqları keçən Elis Manolova (65 kq) isə yarış ərəfəsində komandamıza qoşulacaq.

Qeyd edək ki, qadın güləşçilər AÇ-də 30 mart – 1 aprel tarixlərində mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right