Boksçumuz Avropa çempionu oldu

Azərbaycan yığması Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında qitə birinciliyindəki çıxışını başa vurub. 

Newsport.az-ın məlumatına görə, son görüşdə Nicat Hüseynov (51 kq) final qarşılaşmasına çıxıb. Dünya və Avropa birinciliklərinin mükafatçısı həlledici döyüşdə gürcüstanlı Lekso Xasayadan güclü olub. Boksçumuz rəqibini 5:0 (30:28, 29:28, 30:27, 29:28, 29:27) hesabı ilə məğlub edərək, qızıl medal qazanıb.

Qeyd edək ki, daha əvvəl Ruslan Qədirov (54 kq) gümüş, Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərov (67 kq)  bürünc medal əldə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right