Azərbaycan güləşi Bolqarıstanda tarix yazdı

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatına yekun vurulub.

Newsport.az-ın məlumatına görə, sərbəst güləşçilərimiz qitə birinciliyində tarixi uğura imza atıb. Belə ki, yarışa məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında yollanan yığmamız 7 medal qazanıb.

Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və İslam İlyasov (97 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Tofiq Əliyev (57 kq), Əşrəf Aşırov (79 kq) və Aydın Əhmədov (125 kq) isə bürünc medala sahib çıxıb.

Beləliklə, 10 çəkidən 9-da təmsil olunan millimiz 4 qızıl və 3 bürünc medal əldə edib. Yekunda 159 xal toplayan yığmamız komanda hesabında Avropa çempionu olub. Türkiyə (151) ikinci, Gürcüstan (149) isə üçüncü yeri tutub.

Qeyd edək ki, həm medalların əyarına, həm də komanda hesabına görə bu nəticə sərbəst güləş millimizin U-23 Avropa çempionatları tarixində ən yaxşı göstəricisidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right