Avropa çempionatı: Azərbaycan boksçularının rəqibləri bilindi

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

Newsport.az-ın məlumatına görə, martın 13-23-də baş tutacaq yarışda Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Komandamızın heyətində ilk olaraq rinqə Cəlal Qurbanov çıxacaq. O, bu gün finlandiyalı Yere Niemelainenlə üz-üzə gələcək.

Avropa çempionatında 39 ölkədən 213 oğlan, 102 qız boksçu mükafatlar uğrunda mübarizə aparacaq.

U-22, Avropa çempionatı

13 mart

1/16 final

63,5 kq
Cəlal Qurbanov – Yere Niemelainen (Finlandiya)

14 mart

1/16 final

67 kq
Nəbi İsgəndərov – Luka Nikabadze (Gürcüstan)

75 kq
Mirşərif Kazımzadə – Hikki Sam (Şotlandiya)

15 mart

1/8 final

80 kq
Murad Allahverdiyev – Kromvell Kommi (İtaliya)/Rafael Monni (Fransa)

19 mart

1/4 final

51 kq
Nicat Hüseynov – Antonio Payva (İrlandiya)

54 kq
Ruslan Qədirov – Marian Çinio (Rumıniya)/Başkim Bayoku (Kosovo)

57 kq
Maqsud Xasmetov – Matteu Teylor (İrlandiya)/Taha Akkoyun (Türkiyə)





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah