Azərbaycan basketbolçuları Türkiyədə daha iki qələbə qazandılar

Türkiyədə təlim-məşq toplanışında olan basketbol üzrə Azərbaycanın əsas və U-18 yığmaları növbəti yoxlama oyunlarını keçiriblər.

Newsport.az-ın məlumatına görə, İzmir şəhərində hazırlıq keçən əsas milli yerli “Alsancak Premium” ilə qarşılaşıb.

Azərbaycan basketbolçuları bu rəqibə 94:72 hesabıyla qalib gəliblər. Bu qarşılaşmada komandamızın 3 basketbolçusu “double-double”-a imza atıb. Basketbolçularımızın statistikalarını təqdim edirik:

Amil Həmzəyev – 17 xal (12 ribaund)
Cəbrayıl Əkbərov – 19 xal (10 ribaund)
Zaur Paşayev – 15 xal (10 asist)

İstanbulda hazırlıq keçən gənclərdən ibarət komandamız (U-18) isə “Beşiktaş”ın gənclərdən ibarət basketbolçuları ilə qarşılaşıb. “Akatlar” idman kompleksində baş tutan qarşılaşmaya üstün başlayan yığmamız, bu üstünlüyü sona qədər qoruyaraq, meydançadan 66:56 hesablı qələbə ilə ayrılıb. Görüşün ən məhsuldar basketbolçusu 19 xal toplayan U-18 yığmamızın üzvü Azər Əzimov seçilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right