İranın paytaxtı Tehranda təşkil olunan taekvondo üzrə “President Cup” beynəlxalq turniri davam edir.
Newsport.az-ın məlumatına görə, bu gün Asiya regionu üzrə kişilər arasında yarışlar baş tutub.
Bu yarışlarda Azərbaycanın iki kişi taekvondoçusu medal qazanıb. G-2 kateqoriyalı turnirdə 87 kq çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov yarışın gümüş medalına sahib olub. Digər təmsilçimiz, Eltac Qafarov (74 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub.