İki güləşçimiz yarımfinalda Avropa çempionatı

Bu gün U-23 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə start verilib.

Newsport.az xəbər verir ki, bu gün mübarizəyə başlayan 4 güləşçimizdən 2-si yarımfinala yüksəlib.

Zirəddin Bayramov (65 kq) bolqar Stilyan İliyevi tam üstünlüklə məğlub edib. Daha sonra o, türkiyəli Hamza Alacana qalib gəlib. O, finala gedən yolda fransalı Marvan Ahmed Yezza ilə görüşəcək.

Murad Yevloyev (70 kq) isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən üstələyib - 4:4. Ancaq o, 1/4 finalda bolqar İvan Stoyanovun müqavimətini qıra bilməyib. Əşrəf Aşırov (79 kq) ilk qarşılaşmasında gürcü Evsem Şvelidzeyəu uduzub.

İslam İlyasov (97 kq) gürcü Riveri Mitsituriyə qalib gələrək yarımfinala yüksəlib. O, yarımfinalda macar Riçard Veqlə qarşılaşacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right