Azərbaycan idmançısından nümunəvi addım

Avropa çempionatında Azərbaycan güləşçisi nümunəvi addımı ilə diqqəti cəlb edib.

Newsport.az-in məlumatına görə, söhbət 55 kq çəkidə mübarizə aparan idmançımız Elnurə Məmmədovadan gedir.

Belə ki, o, Polşanın Plovdiv şəhərində keçirilən yarışın 1/4 finalında slovakiyalı Mariya Martinçukla qarşılaşıb.

Elnurə bu görüşdə rəqibinə 10:3 hesabıyla qalib gəlib. Martinçuk məğlub olması azmış kimi, bu görüşdə ağır zədə də alıb. Məmmədova isə məğlub etdiyi rəqibinin ciddi zədələndiyini görərək onu çiynində güləş döşəyindən kənara daşıyıb.

Xatırladaq ki, Elnurə Məmmədova qitə birinciliyində bütün rəqiblərinə qalib gələrək finala yüksəlib. O, bu gün rumıniyalı Andrea Beatriçe Ana ilə həlledici qarşılaşmaya çıxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right