Bakıdakı DÇ-də Azərbaycan üçün daha bir final

Azərbaycan təmsilçiləri Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı dünya çempionatının daha bir akrobatika növündə finala vəsiqə qazanıblar.

Newsport.az-in məlumatına görə, cütlük balansla hərəkətlərdə təsnifat mərhələsində 27.520 xalla 3-cü olub. Onlar bu nəticə ilə martın 13-də finalda mübarizə aparmaq hüququ əldə ediblər.

Xatırladaq ki, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət duet Bakıdakı akrobatika gimnastikası üzrə dünya çempionatında templə hərəkətlərdə də finala vəsiqə qazanıblar. Cütlük təsnifatda 26.600 xalla 5-ci olub. 7 ölkənin mübarizə apardığı növdə ən yaxşı 6 komanda finala yüksəlib. Bu növdə final isə martın 12-də olacaq.

Azərbaycan akrobatları Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük də dünya çempionatının finalına vəsiqə qazanıblar. Rəhmov-Seyidli dueti təsnifat mərhələsində 28.760 xalla 1-ci olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right