Daha bir güləşçimiz Avropa çempionu oldu

Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli final görüşünə çıxıb. 60 kq çəki dərəcəsində rəqib gürcüstanlı İrakli Dzimistraişvili olub.

Rəqibinə ilk hissədəcə tam üstünlüklə - 10:0 hesabı ilə qalib gələn Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right