Nazir Fərid Qayıbov V Beynəlxalq Etnoidman Forumu çərçivəsində bir sıra görüşlər keçirib FOTOLAR

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov martın 5-də V Beynəlxalq Etnoidman Forumu çərçivəsində bir sıra görüşlər keçirib.

Newsport.az-ın məlumatına görəDünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanla görüşdə qonaq Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycanda etnoidmanın inkişafı yolları müzakirə olunub, bu istiqamətdə qarşılıqlı addımların atılması barədə fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Dünya Etnoidman Konfederasiyası arasında ənənəvi idman növlərinin inkişafı ilə bağlı anlaşma memorandumu imzalanıb.

Türkiyə Respublikasının gənclər və idman naziri Mehmet Kasapoğlu ilə görüşdə iki qardaş ölkə arasında dostluq əlaqələri, xüsusilə gənclər və idman sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Bu il Türkiyədə təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarına hazırlıqdan söz açılıb və Azərbaycanın bu yarışda əksər idman növlərində təmsil olunacağı qeyd olunub. Görüşdə bundan sonra əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.

Nazir Fərid Qayıbovun növbəti görüşü Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının baş direktoru xanım Ana Qabriela Quevara Espinoza ilə olub. Fərid Qayıbov meksikalı qonağa dəvəti qəbul edib Bakıya səfər etdiyi üçün təşəkkür edib, Azərbaycanda idmanın inkişafı, gənclərin idmana cəlb edilməsi üçün görülən işlər barədə xəbər verib. Xanım Ana Qabriela Quevara Espinoza öz növbəsində Meksikada idmanın inkişafı barədə məlumat verib. Sonda iki ölkə arasında idman sahəsində ikitərəfli münasibətlərin inkişaf imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazir Fərid Qayıbov həmçinin İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhanla və təşkilatın idarə heyətinin üzvləri ilə görüşüb. Görüşdə islam dünyasında gənclər siyasətinin həyata keçirilməsi, birgə fəaliyyət göstərilməsi, islam gəncliyinin inkişaf məsələləri müzakirə edilib.

Nigerin idman naziri Adamu Seku Doro ilə görüş zamanı ikitərəfli idman əlaqələrinin səmərəli ola biləcəyini vurğulayan qonaq Forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür edib.

Gənclər və idman naziri Qambiyalı həmkarı Bakari Badxe ilə də görüşüb. Ölkələrimiz arasında gənclər və idman sahələrində əməkdaşlıq perespektivləri müzakirə edilib. Bakari Badxe qonaqpərvərliyə görə minnətdarlığını bildirib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah