Millimizin üzvü Ukraynada evsiz qaldı

Cüdo üzrə Azərbaycan milli komandasının üzvü İrina Kindzerska Rusiyanın Ukraynaya hücumu nəticəsində evsiz qalıb.

Newsport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb:

“Bütün ruslara mənim çəkdiyimi arzulayıram. Bu gün biz evsiz qaldıq. Amma Allaha şükür sağıq. Hamınıza dərindən nifrət edirəm”.

Qeyd edək ki, Kindzerskanın Ukraynanın İrpen şəhərindəki mənzili silahlı hücuma məruz qalıb. Azərbaycan milli komandasının qadın cüdoçusu və ailəsi hazırda təhlükəsiz yerdədir.

Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right