Super Liqada növbəti turun proqramı açıqlandı

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Newsport.az xəbər verir ki, ölkə çempionatında IX turunun matçları fevralın 25-də, VIII turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.
 
Fevralın 25-də ilk olaraq meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan sonra UNEC - “ Azərreyl” duelinə start veriləcək.
 
Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” –“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC - “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
 
Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında pandemiya səbəbindən azarkeşsiz təşkil olunacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right