Azərbaycan təmsilçisi İtaliyada 3-cü oldu

Azərbaycan təmsilçisi İtaliyada keçirilən dağ xizəyi yarışında 3-cü yerə sahib olub.

Newsport.az-ın məlumatına görə, Fevralın 22-də Azərbaycanı dağ xizəyi yarışlarında təmsil edən İlya Kostov İtaliyada 18-21 yaş kateqoriyasından olan gənc idmançılar arasında keçirilən Milli Gənclər Yarışında (National Junior Race) iştirak edib.

İdmançımız “slalom” üzrə 86.39 xal toplayıb və göstərdiyi nəticəyə əsasən ümumi reytinqdə 9-cu olsa da öz yaş kateqoriyasından olan idmançılar arasında 3-cü yerə sahib olub.

Yarışda İtaliya,Fransa,Norveç və digər ölkələrdən olan 74 idmançı iştirak edib.

İlya Kostov Azərbaycanı dağ xizəyi üzrə yarışlarda 2021-ci ildən təmsil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right