Pekin-2022-nin bağlanış mərasimi keçirildi

Çinin paytaxtı Pekində keçirilən 24-cü Qış Olimpiya Oyunları bağlanış mərasimi olub.

Newsport.az-ın məlumatına görə, yarışın bağlanış mərasimi Pekin Milli Stadionunda yalnız yerli azarkeşlərin iştirakı ilə gerçəkləşib.

Pekin-2022 Qış Olimpiya Oyunlarında 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayıb. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapıb. Norveç medal sayında və əyarında bütün ölkələri qabaqlayıb. Skandinaviya təmsilçisi Oyunları 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) başa vurub.

12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci yeri tutub. Medal sayına görə isə bu pillədə Rusiya Olimpiya Komitəsi (32) qərarlaşıb. Medal əyarında 3-cü yerə 9 "qızıl", 4 "gümüş" və 2 "bürünc"lə ev sahibi Çin sahib çıxıb.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right