Azərbaycan çempionatının qalibləri bəlli oldu

Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, böyüklər arasında təşkil edilən turnirin yekun nəticələrinə görə, komanda yarışında qadınlar arasında “Sumqayıt-2”, kişilərin yarışında “Bakı-1” komandaları birinci yerləri tutublar.

Qoşa yarışlarda Məryəm İmanova - Billurə Eminova cütlüyü qadınlar, Emin Məmmədov - Vəzir Allahverdiyev cütlüyü isə kişilərin yarışında qalib olublar.

​Qarışıq qoşa yarışlarda Əliverdi Şahgəldiyev - Aylin Əsgərova cütlüyü ən yüksək nəticə ilə fərqləniblər. Şəxsi yarışlarda isə qadınlar arasında Rüfət Əliyeva, kişilərin yarışında Emin Məmmədov birinci yeri tutublar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right