Azərbaycan konkisürəni: "Olimpiadada maksimumu göstərə bilmədim"

"Proqramın birinci yarısında yaxşı çıxış etdim amma sonra nəsə oldu və maksimumu göstərə bilmədim".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib..

19 yaşlı idmançı bildirib ki, əsas hədəfi yarışdan həzz almaq idi: "Prinsipcə, missiya yerinə yetirildi. Burada olduğum üçün şadam. Çünki valideynlərim də mənimlədir. Bu, onların mənə verdikləri dəyərin nəticəsidir. Buna görə valideynlərimə minnətdaram. Hər şey qaydasındadır. Avropa çempionatından sonra bərpa oluna bildim və yaxşı hazırlıq keçdim".

Onun sözlərinə görə, Pekin olimpiadasında əla atmosfer hökm sürür: "Nəticəmin daha pis olacağını gözləyirdim. Amma hər şey super alındı. Ehtiyat tədbirləri mane olmur, Olimpiya kəndində istədiyiniz yerdə gəzə bilərsiniz. Buranı çox bəyənirəm. Atmosferin rəqabətsiz olduğunu deməzdim. Bəli, tamaşaçı azdır. Mən dolu zalda çıxış etməyi xoşlayıram. Amma yaxşı ki, az da olsa, azarkeş var. Onlar ümumiyyətlə olmadıqda, hər şey çox çətinləşir. Belədə isə əl çalırlar və onların qarşısında çıxış etmək xoşdur".

Ryabova olimpiadadan sonrakı planlarını da açıqlayıb: "Qarşıda dünya çempionatı var. Moskvaya uçub orada hazırlaşacağam".

Qeyd edək ki, Yekaterina Ryabova final çıxışından sonra mükafatçılar sırasına düşə bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right