İki hakimimiz ali beynəlxalq kateqoriyaya yüksəldi

Azərbaycan güləşi daha bir uğura imza atıb.

Belə ki, 2 hakimimiz ən yüksək beynəlxalq dərəcə sayılan I-S kateqoriyasına sahib çıxıb. Bu barədə Dünya Güləş Birliyi (UWW) qərar verib. Ali qurum ötən il imtahanlardan uğurla keçən və yarışlarda dəqiq idarəçiliklə seçilən İntiqam Alıyevlə Sədi Quliyevi 1-ci kateqoriyadan I-S kateqoriyasına yüksəldib. Bununla da ən yüksək dərəcəyə sahib referilərimizin sayı 3-ə çatıb. Xatırladaq ki, Tokio-2020-də ədaləti qoruyan Asif Şirəliyev də məhz bu kateqoriyaya sahibdir.

Qeyd edək ki, Olimpiadalarda görüşləri yalnız I-S dərəcəsinə sahib olan hakimlər idarə edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right