Azərbaycanı təmsil edən idmançı final mərhələsində iştirak etdi

Pekin-2022 Qış Olimpiya Oyunları davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycanı təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsev final mərhələsində iştirak edib.

İdmançımız sərbəst proqramda 2-ci qrupda mübarizə aparıb. Litvintsev sərbəst proqramda 155.04 xal toplayıb və 24 idmançının qatıldığı yarışda hazırda 239,19 xalla 6-cı pillədə qərarlaşıb.

Konkisürən fevralın 8-də qısa proqramda 84,15 xalla 18-ci olub. Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.

Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova fevralın 15-də məharətini göstərəcək. Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right