Sahil Babayev Boks Federasiyasına prezident gətirilir

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti vəzifəsinə namizəd şəxs müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir.

S.Babayevin bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək ABF-in hesabat-seçki konfransında yeni vəzifəyə seçiləcəyi gözlənilir. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyəcək.(report.az)

Qeyd edək ki, K.Heydərov ABF-yə 2009-cu il yanvarın 23-dən rəhbərlik edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right