Məmmədəli Mehdiyev: "Yaponiyalı rəqibimi məğlub etməyə çalışacağam"

"Finalda uduzduğum yaponiyalı Sanşiro Muraonu bundan sonra məğlub etməyə çalışacağam".

Newsport.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə gümüş medal qazanmış Azərbaycan millisinin cüdoçusu Məmmədəli Mehdiyev deyib.

90 kq çəki dərəcəsində çıxış edən idmançı hesabda irəli çıxdığı görüşdə uduzduğunu xatırladıb: "Öndə olsam da, həmin vaxt mənim günüm deyildi. Rəqib də bir az məndən güclü oldu".

Mehdiyev finaladək keçirdiyi görüşlərindən də danışıb: "İlk qarşılaşmamda braziliyalı Rafael Masedonu ipponla üstələdim. Sonra Türkiyə təmsilçiusi Mixael Jqanka 3 xəbərdarlıq hesabına qalib gəldim. Yarımfinalda yendiyim gürcüstanlı Beka Qviniaşviliyə daha əvvəl 4 dəfə məğlub olmuşdum. Elə oldu ki, Bekaya bu dəfə qalib gələrək, finala yüksəldim".

29 yaşlı idmançı Parisdəki Böyük Dəbilqənin ən güclü turnirlərdən biri olduğunu söyləyib: "Bu dəfə mənə gümüş medal qismət oldu. Yarışa qızıl medal üçün yollanmışdıq. Təəssüf ki, gümüş medallarla geriyə döndük".

100 kq-dan yuxarı çəki dərəcəsində gümüş medala sahib çıxan Uşangi Kokauri isə yarışda normal çıxış etdiklərini və göstərdikləri nəticədən məmnunluğunu vurğulayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right